Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “ASAN xidmət”lə həyata keçirdiyi layihənin növbəti təlimi təşkil olunub.
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”ə əsasən Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə əməkdaşlıq memorandumu çərçivəsində fəaliyyətini davam etdirir. Bununla əlaqədar “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlimlər keçirilib. Təlimlərdə DİA-nın rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda təqdimatla çıxış edib.
Rektor U.Ələkbərov təqdimatda ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasından, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksindən bəhs edib. O vurğulayıb ki, bu yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanda davamlı inklüziv inkişafın əldə olunmasında və bu məqsədlə resurslardan səmərəli istifadə edilməsində önəmi danılmaz faktdır. Bu siyasətin nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi uğurla yerinə yetirildi və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərimiz azad edildi. Akademik bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli nəticəsi kimi dəyərləndirib.
U.Ələkbərov bildirib ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Rektor təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu da bildirib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb. U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi statistik təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb.
Sonda dinləyicilərin sualları cavablandırılıb. Bununla da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “ASAN xidmət” ilə 2022-ci il üçün nəzərdə tutulan əməkdaşlıq memorandumu çərçivəsində olan təlimlər uğurla başa çatıb.
Tehsil-press.az