Dövlət İdarəçilik Akademiyasının “ASAN xidmət”lə həyata keçirdiyi layihənin növbəti təlimi olub

Dövlət İdarəçilik Akademiyasının “ASAN xidmət”lə həyata keçirdiyi layihənin növbəti təlimi olub Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “ASAN xidmət”lə həyata keçirdiyi layihənin növbəti təlimi olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”lə bağlı Sərəncamına əsasən Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə Əməkdaşlıq Memorandumu çərçivəsində fəaliyyətini davam etdirir. Bununla əlaqədar “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda təlim keçirilib.
Daim yenilənən təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun mövzu üzrə məruzəsi dinlənilib.
Akademik U.Ələkbərov müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb.
U.Ələkbərov müstəqil ölkəmizin uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb.
Rektor 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən bəhs edib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun, vətənpərvər gənclərimizin qəhrəmanlığını, mübarizliyini xüsusi vurğulayıb.
Sonra U.Ələkbərov işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri, ölkəmizdə qazanılan uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində respublikanın əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.
Təlim diskussiya formatında davam edib.
Təlimlər 2022-ci ilin dekabr ayınadək ayda iki dəfə olmaqla davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər