UNEC-də yeni “Erasmus+” layihələri hazırlanır

UNEC-də yeni “Erasmus+” layihələri hazırlanır Milli “Erasmus+” ofisinin ölkə üzrə direktoru Pərviz Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Pərviz Bağırov “Erasmus+” KA2 və “Jean Monnet” layihələri, Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət İcra Agentliyinin (EACEA) prioritet sahələri haqqında məlumat verib.
Görüşdə qeyd olunub ki, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsində UNEC-in akademik heyətinin məlumatlandırılması istiqamətində növbəti mərhələ üçün müvafiq işlərə başlanılıb. Layihə yazılması prosesi ilə maraqlanan akademik heyət nümayəndələri üçün sosial media qrupu yaradılıb və şöbənin əməkdaşları tərəfindən istiqamətləndirmə prosesi reallaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər