Nəhəng begemot azyaşlını udub

Nəhəng begemot azyaşlını udub Nəhəng begemotun azyaşlını uduması xəbəri dünya mətbuatını əməlli-başlı sirkələyib. Uqandada Edvards çayının sahilində nəhəng begemot çay kənarında oynayan 2 yaşlı uşağı udub. Şahidin ağıllı hərəkəti sayəsində begemot uşağı sağ-salamat ağzından geri qaytarıb. İqa Paul adlı uşağın begemot tərəfindən çənəsi arasına aparıldığını görən şəxs qışqıraraq heyvanı daşlamağa başlayıb. Yardım istəyən şəxsin səsini eşidən ətrafdakı insanlar da begemota çoxlu daş atıblar.
Qorxuya düşən heyvan uşağı sağ-salamat ağzından qaytarıb. Polis rəsmiləri begemotun uşağa hücum etməsi hadisəsi ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. Ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılan uşağın ciddi xəsarət almadığı və bədənində yüngül cızıqların olduğu müəyyən edilib. Uşaq quduzluğa qarşı peyvənd olunduqdan sonra xəstəxanadan evə buraxılıb.
Mütəxəssislər bildirir ki, begemotlar əslində ot yeyən heyvanlardır, ancaq özlərinə qarşı təhlükə hiss etdikdə insanlara hücum edə bilərlər. Bu canlıların çəkisi dörd tona qədər olsa da, saatda 30 kilometr sürətlə qaça bilirlər.

Tehsil-press.az

Oxşar xəbərlər