Kiril Budanov: Ukrayna ilə Rusiyanın cəbhə xəttində ən ağır döyüşlər yazda olacaq

Kiril Budanov: Ukrayna ilə Rusiyanın cəbhə xəttində ən ağır döyüşlər yazda olacaq Ukrayna bu yaz böyük əks-hücum planlaşdırır. Yazda cəbhə xəttində ən ağır döyüşlər olacaq.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində məlumat verib.
O bildirib ki, 2023-cü ilin mart ayında ən qızğın döyüşlərin olacağı gözlənilir.
"Bizim məqsədimiz Ukraynanın 1991-ci ildəki sərhədlərinə qayıtmaqdır və biz buna nail olacağıq. Bu ərazilər beynəlxalq hüququn bütün subyektləri tərəfindən tanınır”, - deyə Budanov vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər