Ukraynanın hakimiyyət orqanları “Evroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinə hazırlıq görməyə başlayıb.
Bu barədə Prezident ofisi rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.
“Ukrayna 2023-cü ildə keçiriləcək “Evroviziya” müsabiqəsinin finalına hazırlaşmağa başlayır. Biz dünyaya öz açıqlığımızı, qonaqpərvərliyimizi və miqyaslı layihələri reallaşdırmaq bacarığımızı göstəririk”, - deyə o, Teleqram kanalında yazıb. “Evroviziya-2023” müsabiqəsinə hazırlıqda Ukrayna Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin iştirak etdiyini bildirən Timoşenko müsabiqənin keçirilməsi nəzərdə tutulan şəhərin adını açıqlamayıb.
O qeyd edib ki, rahat logistikanı, ən başlıcası isə təhlükəsizliyi təmin etmək üçün müxtəlif lokasiyalar nəzərdən keçirilir və hələlik onları anons etmək vaxtı deyil.
Müsabiqənin keçirilməsi üçün Ukrayna Nazirlər Kabineti təşkilat komitəsi yaradıb.
Tehsil-press.az