“Ukrayna iqtisadiyyatını yaxın zamanlarda qaçılmaz fəlakət gözləyir”

“Ukrayna iqtisadiyyatını yaxın zamanlarda qaçılmaz fəlakət gözləyir” Ukrayna iqtisadiyyatını yaxın zamanlarda qaçılmaz fəlakət gözləyir, gələn ilin əvvəlindən isə sosial ödənişlərlə bağlı problemlər yaranacaq.
Bu fikirləri Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili “Ukraina-24” telekanalının efirində səsləndirib.
“Ukrayna iqtisadiyyatı indi böyük bir fəlakətə doğru hərəkət edir. Ukraynada çox güclü büdcə böhranı yaşanır, Ukraynanın gələn ildən başlayaraq əmək haqqı və pensiyaların ödənilməsi ilə bağlı problemləri olacaq”, - deyə siyasətçi qeyd edib.
Onun fikrincə, Beynəlxalq Valyuta Fondu ilə növbəti saziş imzalanarsa, o, Kiyevə “bir az pul” verəcək.
“Amma bu, bir neçə aya kifayət edəcək, belə isə elementar sosial öhdəliklərin və əmək haqlarının ödənilməsi ilə bağlı böyük problemlər olacaq. 1990-cı illərdən bəri Ukraynada belə bir şey yox idi”, - deyə Saakaşvili vurğulayıb.
Siyasətçi deyib ki, bütün bunlar Ukrayna hökumətinin “praktiki olaraq fəaliyyət göstərmədiyi” və “sanki paralel dünyada mövcud olduğu” şəraitdə baş verir.

Tehsil-press.az


Oxşar xəbərlər