Amerika alimləri qocalmanın və hətta erkən ölümün ən əhəmiyyətli səbəbini TAPDILAR...

Amerika alimləri qocalmanın və hətta erkən ölümün ən əhəmiyyətli səbəbini TAPDILAR... "Çox maye qəbul edənlər düzgün qidalanır və daha çox hərəkət edir, bu da sağlam həyat tərzi deməkdir..."
"Siçanların daima kifayət qədər mayedən məhrum edilməsi onların ömrünü 6 ay qısaldır, bu da insanın 15 illik ömrünə ekvivalentdir..."
"Orqanizmin kifayət qədər maye ilə təchiz edilməsi qocalmanın və erkən ölümün qarşısını alır..."

ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) alimlərinin apardığı maraqlı tədqiqat güman edib ki, kifayət qədər su içməyən insanlar xroniki xəstəliklər riskinə daha çox məruz qalır və daha çox ehtimalla gənc yaşlarında ölə bilər.
Bu barədə "New Atlas" elmi-populyar jurnalı yazıb.
Yeni təqdiqat elə həmin alimlərin bundan öncə 2019-cu ildə apardığı tədqiqat nəticəsində mayenin uzun müddət məhdudlaşdırılmasının siçanların sağlamlığına təsirini öyrənilməsinin ardınca aparılıb.
Bu tədqiqat göstərib ki, siçanların daima kifayət qədər mayedən məhrum edilməsi onların ömrünü 6 ay qısaldır, bu da insanın 15 illik ömrünə ekvivalentdir.
İndi isə tədqiqatçılar hidratasiyanın (orqanizmin su ilə təchiz edilməsi) səviyyəsinin insanların sağlamlığına və qocalma tempinə təsir edib-etməməsini müəyyən etmək qərarına gəlib.
Bunun üçün komanda hələ 1980-cı illərin sonlarından başlanan ürəyin sağlamlığının uzunmüddətli tədqiqatının nəticələrini təhlil edib. Məlumat bazasında orta hesabla 25 il ərzində müşahidə edilən 15 mindən artıq iştirakçılar barədə məlumatlar var. Hidratasiya ölçüsü kimi tədqiqatçılar təcrübə iştirakçılarının qan zərdabında olan natriumun səviyyəsini götürüblər.
Qeyd edək ki, qan zərdabında natriumun normal səviyyəsi 135-146 mmol/l təşkil edir. Tədqiqat natriumun 142 mmol/l-dən çox səviyyəsi ilə daha tez bioloji qocalma arasında əlaqəni müəyyən edib.
O cümlədən, qan zərdabında natriumun səviyyəsi 142 mmol/l -dən yüksək olan iştirakçılar öz xronoloji yaşından bioloji böyük olmaq şanslarına malik olub. Bu göstərici natriumun səviyyəsi 144 mmol/l olan şəxslərdə 50 faiz artıb.
Xroniki xəstəliklərə gəldikdə, qan zərdabında natriumun səviyyəsi 142 mmol/l -dan yüksək olması ürək çatışmazlığı, diabet və demensiya kimi xroniki xəstəliklər riski arasında 64 faizlik əlaqə var.
Qan zərdabında natriumun səviyyəsi ən çox olan (144, 5-146 mmol/l) şəxslərdə vaxtından əvvəl ölüm ehtimalı natriumun səviyyəsi aşağı olan şəxslərə nisbətən 21 faiz yüksək olub.
Lakin tədqiqatçılar qeyd edib ki, korrelyasiya mütləq şəkildə səbəb-nəticə əlaqəsi demək deyil.
"Bu nəticələr hidratasiyanın daima azalmasının insan ömrünün qısalmasıma birbaşa səbəb olduğunu göstərə bilməz.
Böyük ehtimalla, hidratasiyanın səviyyəsi sağlam həyat tərzinin əlamətidir, çox maye qəbul edənlər, sadəcə, düzgün qidalanır və daha çox hərəkət edir", - tədqiqatçılar güman edir və vurğulayır ki, bu tədqiqat hər halda təsdiq edir ki, hidratasiyanın aşağı səviyyəsi insan və heyvanlarda erkən qocalmanın səbəbi ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər