Ananın təhsili uşağın ömrünün uzunluğuna təsir edir

Ananın təhsili uşağın ömrünün uzunluğuna təsir edir Almaniyada 3 mindən artıq qadın arasında tədqiqat aparılıb
Almaniya alimləri iddia edirlər ki, ananın təhsili uşağının ömrünün uzunluğuna təsir edir. Tədqiqatçılar araşdırmalar əsasında müəyyən ediblər ki, orta təhsilli anaların uşaqları ibtidai məktəbi qurtaran və ya tamamilə məktəbə getməmiş anaların uşaqları ilə müqayisədə 2 il daha çox yaşayır. Ananın təhsil səviyyəsi və onun uşağının həyatının uzunluğu arasında qarşılıqlı əlaqə Berlindəki Alman İqtisadi Tədqiqatlar İnstitutunda (DIW Berlin) araşdırma mövzusu olub. 1950-ci illərdə Qərbi Almaniyada yaşamış 3300 qadın və onların övladları haqqında toplanmış informasiyaların təhlili göstərib ki, uşaqların həyatının orta uzunluğu analarının təhsil səviyyəsi nə qədər böyükdürsə, bir o qədər artır. Alimlər bunu onunla izah edirlər ki, təhsilli ailədə böyümüş uşaq daha çox sağlam həyat tərzi sürür, düzgün qidalanır və nadir hallarda zərərli vərdişlərə malikdir. Bundan başqa, təhsilli analar uşaqlarına daha yüksək həyat səviyyəsi təmin edə bilərlər, çünki adətən bu cür analar öz uşaqlarının bütün ehtiyaclarını təmin edə bilmək üçün daha yüksək maaşlı işə malikdirlər.
Qeyd edilməlidir ki, mütəxəssislər iddia edirlər ki, ananın təhsil səviyyəsi və uşağın həyatının uzunluğu arasında əlaqə hətta bir neçə nəsil sonra da gözə çarpır.
Əlavə edək ki, alimlər tədqiqatın ikinci hissəsini qadının təhsil səviyyəsi və onun uşağının psixi sağlamlığı arasında qarşılıqlı əlaqənin öyrənilməsinə həsr ediblər. Ancaq alman mütəxəssisləri burada hər hansı möhkəm əlaqə aşkar edə bilməyiblər.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər