Ermənistanda Rusiya əleyhinə aksiya - 65 nəfər saxlanıldı

Ermənistanda Rusiya əleyhinə aksiya - 65 nəfər saxlanıldı Ermənistanda Rusiya əleyhinə aksiya keçirilir.
Aksiya Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında baş tutub.
İştirakçılar Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən şüarlar səsləndirib.
Polis hərbi bazaya gedən yolu bağlayıb.
Saxlanılanlar var.
***
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında keçirilən Rusiya əleyhinə aksiyada 65 nəfər saxlanılıb.
Bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Zarzand Qabrielyan bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər