Qar yağmasına baxmayaraq etiraz aksiyası davam edir

Qar yağmasına baxmayaraq etiraz aksiyası davam edir Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 28 gündür davam edir.
Qar yağmasına baxmayaraq etirazçılar üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Həmçinin, etirazçıların olduğu yolda hərəkətin sərbəstliyi təmin edilir və yol humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, Şuşa şəhərinə ötən gecədən başlayaraq qar yağır.

Tehsil-press.az


Oxşar xəbərlər