Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək "Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər: "Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq".

Tehsil-press.az


Oxşar xəbərlər