MEDİA ilə Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb

MEDİA ilə Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.
Sənədin imzalanmasında məqsəd MEDİA və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və faydalı əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Həmçinin informasiya mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.
Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların genişləndirilməsidir. Eyni zamanda, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

Tehsil-press.az


Oxşar xəbərlər