Memarlıq və İnşaat Universitetində qış imtahan sessiyası başa çatıb

Memarlıq və İnşaat Universitetində qış imtahan sessiyası başa çatıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvar ayının 3-də başlanan payız semestrinin qış imtahan sessiyası başa çatıb.
Sessiya ərzində tələbələr yazılı, şifahi və test üsulu ilə imtahan veriblər. Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilən imtahanlarda sosial məsafə prinsipi qorunub, tələbələr və nəzarətçilər müvafiq qoruyucu vasitələrlə təmin olunublar. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova başda olmaqla universitet rəhbərliyi prosesi diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyib.
Universitetdə qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, obyektivliyin qorunması və yaranan neqativ halların operativ şəkildə araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərib. İmtahan bitdikdən sonra nəticələrdən narazı qalan tələbələrin onlayn şəkildə Apellyasiya Komissiyasına müraciət etmələri təmin olunub.
Hazırda universitetdə qış imtahan sessiyasından akademik borcu olan tələbələr 25 faizlə imtahan verirlər.

Tehsil-press.az


Oxşar xəbərlər