Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson memuar nəşr etmək üçün "HarperCollins" nəşriyyatı ilə müqavilə imzalayıb. Memuarda Consonun "Brexit" və COVID-19 pandemiyası zamanı Baş nazir kimi keşməkeşli fəaliyyəti əks olunacaq.
Nəşriyyat kitabın adı və ya mümkün nəşr tarixi haqqında məlumat verməyib.
Kitabdan Boris Consonun nə qədər gəlir əldə edəcəyi bilinməsə də, mütəxəssislər müəllifin beynəlxalq şöhrətini nəzərə alaraq kitab qarşılığında təxminən yeddi rəqəmli qonorar alacağını bildiriblər.
Qeyd edək ki, Toni Bleyrin 2007-ci ildə “A Journey” adlı siyasi memuarına görə 5 milyon funt-sterlinqə qədər, Devid Kemeronun isə “For The Record” adlı memuarına görə təxminən 1,5 milyon funt-sterlinq qazandığı bildirilir.
Tehsil-press.az