Zelenski: Rusiya özünə terrorçular arasında yer seçdi

Zelenski: Rusiya özünə terrorçular arasında yer seçdi Ukrayna Prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiyanın özünə artıq terrorçular arasında yer seçdiyini söyləyib.
Cıxışdan əvvəl Zelenski Ukraynadakı müharibə zamanı ölənlərin xatirəsini yad etməyi təklif etdi.
"Ukrayna minlərlə belə, o cümlədən yanvarın 14-dəki kimi üç dəqiqələr yaşayır. Rusiya tərəfindən atılan raketin yaşayış binasına düşərək ən azı 45 nəfərin həyatını son qoyması üçün bu qədər ( üç dəqiqə) vaxt bəs edirdi.",- deyə Zelenski bildirib
Onun sözlərinə görə, Rusiyanın bu müharibəyə başlaması bir saniyə çəkdi və dünya bir neçə gün sonra buna reaksiya verdi.
"Terror dövləti insanları öldürür, Ukrayna müttəfiqləri ilə təxminən bir ildir ki, mübarizə aparır. Bizim də müsbət nəticələrimiz var: ukraynalılar üçün sərhədlərin açılması, yaşıl siyasət, enerji həlləri. Bütün bunlar yalnız Ukraynada deyil, həyatını xilas etməyə imkan verir. Yalnız Ukrayna deyil, bütün dünyanın operativ qərar qəbul etməsinə ehtiyacı var",- dedi.
"Dünya artıq gözləyə bilməz. Reaksiya vermək lazımdır. Tez reaksiya verin, qətiyyətlə reaksiya verin. Rusiya terroru ixrac edir və bu gərginliyi, müharibə ştammını bütün dünyaya yayır. - Ukrayna 10 addım, sülh formulu təklif edir və dünya sürətlə hərəkət etməlidir. Bütün dünyanın səfərbərliyi ortaq düşmənimizin hərəkətlərini qabaqlamalıdır."
Forum zamanı Zelenskiyə Dünya Nizamı və Rusiyanın dünyadakı yeri barədə nə düşündüyü soruşuldu.
"Onun hansı yeri tutduğunu da bilmirəm. Mənə elə gəlir ki, Rusiya artıq öz yerini, terrorçular arasında yer seçib. Və bu gün bu, artıq onların rəhbərliyindən asılı deyil, çünki hesab edirəm ki, ölkə rəhbərliyi artıq Rusiya Federasiyasının inkişafına, tarixinə, mədəniyyətinə təsir göstərmir. Bu gün hər şey Ukraynanın gücündən, tərəfdaşlarımızın dəstəyindən və Rusiya Cəmiyyətindən asılıdır, insanlar Rusiyanın gələcəyini bu gözlərlə görmək istəyirlərsə, gözlərini açmalıdırlar",- dedi.
Avropa Parlamenti və bir sıra Avropa dövlətləri artıq Rusiyanı terrorizmin sponsoru dövlət kimi tanıyıblar. Avropa Şurası Parlament Assambleyası Rusiya Federasiyasını terror rejimi adlandıran qətnamə qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər