Yaddaşımızdan silinməyən qanlı gecə

Yaddaşımızdan silinməyən qanlı gecə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvara həsr olunan tədbirdə şəhidlərin əziz xatirəsi anılıb.
Humanitar fənlər kafedrasının müdiri professor Camal Mustafayev 1988-1990-cı illərdə gedən ictimai-siyasi proseslər barədə məlumat verib. O, sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı cinayətlərdən danışıb, xalqımızın azadlıq yolunda böyük əzmkarlıq, mərdlik göstərdiyini vurğulayıb.
20 Yanvar hadisələrinin canlı şahidi kimi öz xatirələrini bölüşən professor İradə Nuriyeva, dosent Yaşar Əhmədov bildiriblər ki, 20 Yanvar xalqımızın azadlıqsevərliyini dünyaya göstərdi. 20 Yanvar qan yaddaşımıza əbədi daxil olub.

Tehsil-press.az

Oxşar xəbərlər