ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvara həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və 20 Yanvar şəhidlərinin ailə üzvləri şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Universitetin 20 Yanvarda şəhid olmuş tələbələrinin barelyefləri önünə güllər düzülüb. Sonra şəhid ailələrinin yaxınları ilə görüş olub. Görüşdə M.Babanlı 20 Yanvar hadisələrindən, xalqımızın azadlıq, müstəqillik, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.
Eyni zamanda, imtahanlardan əvvəl tələbələrə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər