Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti şəhidlərimizin universitetdə olan barelyefləri önünə gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rektor Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq uğrunda mübarizəsindən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qələbə qazanması, əzəli torpaqlarına sahib çıxaraq ərazi bütövlüyünü bərpa etməsi təsadüfi deyildir. Xalqımızın tarixində baş verən bütün hadisələr, torpaqlarımıza zaman-zaman uzanan qəsbkar əllər xalqımızın mübarizə əzmini daha da artırdı. Vətən müharibəsində qazandığımız şanlı qələbə, xalq-ordu-Ali Baş Komandan birliyi bunu bir daha sübut etdi.
Qeyd edək ki, ənənəvi olaraq hər il ADNSU-da 20 Yanvar hadisələri yad olunur, şəhidlərimizin ruhuna dua oxunur, həmin gecə baş vermiş tarixi hadisələr haqqında gənclərə ətraflı məlumat verilir. Məlum qanlı gecə ilə bağlı silsilə tədbirlər keçirilir. Bu il də ənənəyə uyğun olaraq Azİİ Elektron Kitab Evi 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi təşkil edib. Yüzlərlə kitabın yer aldığı stend-sərgidə 20 Yanvar hadisələrindən bəhs olunan çoxlu sayda çap nümunələri yer alıb.

Tehsil-press.az




Oxşar xəbərlər