Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.
Tədbirdə institutun rektoru Aqil Şirinov 20 Yanvar faciəsindən danışıb, keçmiş sovet imperiyası ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda qanlı hadisələr törətdiyini söyləyib. Qeyd edilib ki, o qanlı gecə heç vaxt xalqımızın yaddaşından silinməyəcək.
A.Şirinov faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, Bakıda törədilən qırğınların günahkarlarının cəzalandırılmasını tələb etdiyini xatırladıb.
Rektor şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 20 Yanvarda imperiya ordusunun törətdiyi qanlı hadisələr xalqımızı öz azadlıq, müstəqillik arzusundan döndərə bilmədi. Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır və heç nədən qorxmur. Bu hadisələr zamanı yüzlərlə vətəndaşımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. Azərbaycan xalqı XX əsrdə dövlət müstəqilliyini yenidən bərpa etdi.
Vətən müharibəsində qazandığımız Böyük Qələbənin əhəmiyyətindən bəhs edən professor A.İsgəndərov bu Zəfərin daim böyük qürur hissi doğurduğunu bildirib.
Tehsil-press.az