Yararsız öskürək siropundan 300-ə yaxın insan öldü - Əksəriyyəti uşaqlardır

Yararsız öskürək siropundan 300-ə yaxın insan öldü - Əksəriyyəti uşaqlardır Üç ölkədə 300-ə yaxın insan yararsız öskürək siropundan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilib:
"Son dörd ay ərzində ölkələr yüksək səviyyədə dietilen qlikol (DEG) və etilen qlikol (EG) ilə çirklənməsi təsdiqlənmiş və ya şübhəli bilinən uşaqlar üçün reseptsiz öskürək siroplarının satışının bir neçə halı barədə məlumat veriblər".
Qeyd olunub ki, bu maddələr sənayedə həlledici və antifriz kimi istifadə edilən zəhərli kimyəvi maddələrdir və az miqdarda olsa belə, insanlar üçün ölümcül ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər