Madaqaskarda qızılcadan 300 nəfər ölüb

Madaqaskarda qızılcadan 300 nəfər ölüb Madaqaskarda on minlərlə insan qızılca xəstəliyinə yoluxub.
Həmin ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildən başlayaraq 20 mindən çox insan xəstəliyə tutulub. Onlardan 300-ü dünyasını dəyişib. Ölənlərin əksəriyyəti uşaqlardır.
Xəstəliyin yayılması isə davam edir. Həkimlərin sözlərinə görə, qızılcanın epidemiya halını almasına səbəb vaksinlərin çatışmazlığıdır.

Tehsil-press.az



Oxşar xəbərlər