ADNSU ilə Aston Universiteti arasında işçi görüş keçirilib

ADNSU ilə Aston Universiteti arasında işçi görüş keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Aston Universitetinin Peşəkar Mühəndislik Mərkəzinin direktoru Bill Qlev və nümayəndə heyəti ilə işçi görüş olub.
Görüşdə ADNSU-nun prorektorları - dosent Rafiq Camalov, professor Lətafət Qardaşova, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin, “British Council” təşkilatının nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Aston Universiteti arasında magistratura pilləsi üzrə ikili diplom layihəsi müzakirə olunub, yeni tədris ilindən ADNSU-da bərpa olunan və davamlı enerji ixtisasının tədrisinin perspektivləri və qarşıda duran məsələlərdən bəhs edilib. Eyni zamanda, yeni tədris olunacaq ixtisasın tədris planı, strukturu və proqramlar barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2022-2023-cü tədris ilindən Aston Universiteti ilə ikili diplom layihəsi çərçivəsində ADNSU-nun magistratura pilləsi üçün bərpa olunan və davamlı enerji ixtisası üzrə qəbul aparılması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər