MBA proqramı üzrə təhsil almaq istəyən tələbələrin 46 faizi UNEC-i seçir.
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ötən ilin yekunlarına dair keçirilən tədbirdə deyib.
Rektor bildirib ki, universitetə qəbul olan əcnəbi tələbələrlə bağlı qürurlana biləcək bir inkişaf yoxdur: “Ötən tədris ilində ali məktəbə 316 əcnəbi tələbə qəbul olunub. 2014-cü ildə bu rəqəm 264 olsa da, hələ də beynəlxalq standartların altında qalmaqdadır. Standartlara görə, əcnəbi tələbə sayı ümumi tələbələrin 5 faizindən az olmamalıdır”. Rektor, həmçinin universitetdə yataqxana probleminin olduğunu qeyd edib. Bildirib ki, bununla bağlı proqramlar hazırlanır.
Tehsil-press.az