Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
Görüş zamanı türk dünyasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Ş.Mustafayev rəhbərlik etdiyi Akademiyada 2023-cü ildə nəzərdə tutulan mühüm tədbirlər və görüləcək işlər haqqında məlumat verib.
Türkiyə Böyük Millət Məclisinin sədri M.Şentop Akademiyanın türk dünyası tarixi və mədəniyyəti, dil və ədəbiyyatı sahələrində apardığı səmərəli elmi araşdırmaları yüksək qiymətləndirib. O, Beynəlxalq Türk Akademiyası tərəfindən aparılan sistemli elmi tədqiqatların bundan sonra da davam edəcəyinə, qurumun təhsil və elm sahələrində böyük uğurlar qazanacağına, beynəlxalq aləmdə layiqli yerini tutacağına əminliyini ifadə edib.
Qeyd edək ki, akademik Şahin Mustafayev Türk Dövlətləri Təşkilatı Katibliyinin təşkil etdiyi koordinasiya toplantısında iştirak etmək üçün Türkiyədə rəsmi səfərdədir.
Tehsil-press.az