Növbəti GRE imtahanı keçiriləcək

Növbəti GRE imtahanı keçiriləcək Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı fevralın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil ediləcək.
İmtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsində tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər