Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin cənub-şərqi və Suriyadakı güclü zəlzələ ilə əlaqədar təcili yardım materiallarının toplanmasına start verib, yaralılara və həssas qrupa daxil insanlara əsas tibbi yardım göstərmək üçün təcili tibbi yardım qrupları şəbəkəsini aktivləşdirib.
Bunu ÜST-nin rəhbəri Tedros Qebreyesus İcraiyyə Şurasının brifinqində deyib. O bildirib ki, ÜST Dubaydakı logistika mərkəzindən tibbi ləvazimatlar, o cümlədən əsas cərrahi dəstlər ilə birlikdə hər iki ölkəyə üç çarter reysi göndərir: “Biz qarşıdakı kritik saatlarda və günlərdə və hər iki ölkənin bərpası və yenidən qurulması zamanı gələcək aylarda və illərdə hakimiyyət orqanlarına dəstək vermək üçün bütün tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyik”.
Qeyd edilməlidir ki, ÜST güclü zəlzələnin dağıntı və uzunmüddətli fəsadlarının ümumilikdə 23 milyon insanın həyatına təsir göstərəcəyini bildirib və regionda ən yüksək - üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib.
Tehsil-press.az