Virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilər, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılığı problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə və davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında baş mütəxəssis Sabirə Ocaqverdiyeva məlumat verib.
S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatı və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlərin görüldüyünü bildirib. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha müasir texnologiyaların və təhlükəsizlik mexanizmlərinin yaradılmasına böyük ehtiyac vardır.
Tədqiqatçı bildirib ki, dissertasiya işi çərçivəsində “təhlükəsiz internetlə” əlaqədar dünya təcrübəsi, beynəlxalq proqramlar, inkişaf etmiş ölkələrdə qəbul edilmiş qanunlar araşdırılıb, uşaqların internet mühitində qarşılaşdığı təhlükələrlə əlaqəli risklər və onların yaratdığı fəsadlar analiz olunub və təhlükələrin təsnifatı verilib. Uşaqların internet mühitində təhlükəsizliyinin təmin edilməsi üçün ziyanlı kontentin azyaşlı auditoriyaya təqdim olunmasının qarşısının alınması məqsədilə milli intellektual sistemin konseptual modeli işlənilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev tədqiqat işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələlərə həsr olunduğunu diqqətə çatdırıb: “Hər bir informasiya inqilabı nəticəsində meydana çıxan yeniliklərlə əlaqədar uşaqlarda müəyyən asılılıqlar yaranıb. Uşaqların şəxsiyyət və vətəndaş kimi formalaşmasına ciddi mənfi təsir göstərən asılılıqların aradan qaldırılması həlli vacib məsələlərdəndir”.
Alim 2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının kompüter oyunlarından asılılığı xəstəlik, psixi pozğunluğun bir növü kimi rəsmən tanıdığını nəzərə çatdırıb. Qeyd edib ki, yalnız təlim keçmiş tibb mütəxəssisləri kompüter oyunlarından asılılığı müəyyən edə bilər. Bu baxımdan bütün ölkələrdə kompüterdən asılılıqla mübarizə məqsədilə klinikalarda müvafiq şöbələrin yaradılması və bu istiqamətdə kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanılır.
Akademik R.Əliquliyev ölkəmizdə peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının uşaqların virtual mühitdə ziyanlı kontentlərdən qorunması baxımından əhəmiyyətli olduğunu bildirib. Tədqiqat işində bu mərkəzin yaradılması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışların, təkliflərin irəli sürüldüyünü qeyd edib.
Tehsil-press.az