AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərlə bağlı tədqiqatlar aparılıb.
Növbəti elmi seminarda mövzu üzrə əldə olunan elmi-nəzəri nəticələr təqdim olunub.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan araşdırmaların müasir dövrdə aktuallıq kəsb etdiyini bildirib və bu problemlərin dərindən araşdırılmasının zəruriliyini vurğulayıb. Akademik tədqiqatlar zamanı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində məsələlərə yer ayrılmasını tövsiyə edib.

AMEA-nın Mətbuat Xidməti