Ölkəmizdə şəbəkə mühitində kiberinsidentlərə qarşı mübarizə aparacaq intellektual imkanlara malik institusional mühit yaratmağı hədəf seçmişik.
Bunu müəssisənin baş direktoru akademik Rasim Əliquliyev elmlər və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işlərinə dair müzakirələr zamanı deyib. O, ölkəmizdə kibertəhlükəsizliyin zəruri səviyyədə saxlanılması, ölkənin informasiya təhlükəsizliyi mühitinin immunitetinin artırılmasının vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.
Akademik dissertasiya işi çərçivəsində kibertəhlükəsizliyin yeni elmi istiqaməti olan internet-kriminalistika problemlərinin tədqiq olunması, insidentlərin hüquqi, etik və s. baxımdan klassifikasiyasının aparılması, texnoloji infrastrukturun vəziyyətinin qiymətləndirilməsi, burada rast gəlinən boşluqların aşkarlanması, eləcə də onun inkişafı üçün təkliflərin işlənilməsinin nəzərdə tutulduğunu deyib.
Baş direktor institutda icra olunacaq, mühüm və praktiki elmi problemə həsr olunan dissertasiya işləri ilə ölkəmizdə internet-kriminalistika istiqamətinin əsasının qoyulduğunu və kibercinayətkarlığa qarşı mübarizənin institusional, texnoloji platformasının yaradıldığını bildirib.
R.Əliquliyev bu sahədə kadr hazırlığının həyata keçirilməsinin zəruriliyindən bəhs edib, internet-kriminalistlərin yetişdirilməsinin ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələlərdən olduğunu vurğulayıb.
Akademik Rasim Əliquliyev təqdim olunan hər bir dissertasiya işinin aktual problemlərə həsr olunduğunu bildirib, mövzu üzrə beynəlxalq təcrübənin araşdırılmasının, dərin elmi tədqiqatların aparılmasının daha səmərəli nəticələrin əldə olunması baxımından vacibliyini qeyd edib.
Tehsil-press.az