AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzinin (TÜBİTAK-BİLGEM) vitse-prezidenti Orxan Muradoğlu və Mərkəzin Proqram Təminatı Texnologiyaları Tədqiqat İnstitutunun direktoru Cemil Sağıroğlu ilə görüşüb.
Görüşdə akademik Rasim Əliquliyev TÜBİTAK ilə AMEA-nın bir sıra elmi müəssisələri arasında uzun illərdir davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, rəhbəri olduğu institutda Data Mining və Big Data analitika, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, kiberfiziki sistemlərin təhlükəsizliyi sahəsində fundamental tədqiqatlar aparılır.
R.Əliquliyev ötən ay Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm hadisə kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Akademik institutda Industry 4.0 konsepsiyası və süni intellekt sahəsində Azərbaycan elminin dəyərli nailiyyətlər əldə etməsi məqsədilə prioritetlər müəyyən edildiyini diqqətə çatdırıb.
TÜBİTAK-BİLGEM-in vitse-prezidenti Orxan Muradoğlu təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Industry 4.0 konsepsiyasının çağırışlarına cavab verən innovativ tədqiqatlar aparılmasından məmnunluğunu vurğulayıb.
Görüşdə sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi, Big Data, Dördüncü Sənaye İnqilabı, süni intellekt, kiberfiziki təhlükəsizlik üzrə tədqiqatlar istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tehsil-press.az