UNEC ilə İsrailin Sapir Akademik Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb

UNEC ilə İsrailin Sapir Akademik Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə İsrailin ən böyük dövlət kolleci olan Sapir Akademik Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
UNEC-in rektoru professor Ədalət Muradov və Sapir Akademik Kollecinin rektoru professor Nir Kedar tərəfindən imzalanan müqavilə təhsil, eləcə də sahibkarlıq və innovasiyalar sahəsində əməkdaşlığı ehtiva edir. Müqaviləyə əsasən, hər iki müəssisə tərəfindən təhsil sahəsində birgə elmi-tədqiqat təcrübəsi və araşdırmaların aparılması, birgə təhsil (bakalavr, magistratura və doktorantura) proqramlarının təşkili, tələbə və müəllim mübadiləsi, kurikulumun beynəlmiləlləşdirilməsi, virtual mübadilələrin inkişafı, sahibkarlıq və innovasiya, sosial təsir və s. təlimlər nəzərdə tutulub. Sənədə, həmçinin sahibkarlıq və innovasiyalar sahəsində birgə innovasiya laboratoriyasının və akselerator proqramlarının yaradılması, innovativ proqramların hazırlanmasında strateji məsləhətlərin və ehtiyacların təhlili, müəllim və tələbələr üçün sahibkarlıq və innovasiya seminarlarının, eləcə də sahibkarlar üçün mentorluq proqramlarının təşkili, İsrail və Azərbaycan üçün maraqlı olan birgə hakatonların keçirilməsi və digər sahələrdə əməkdaşlıq daxildir.

Tehsil-press.az



Oxşar xəbərlər