UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır İsrailin Sapir Akademik Kollecinin İnnovasiyalar mərkəzinin rəhbəri Dani Frayfild universiteton dəvəti ilə UNEC-də olub.
Rektor, professor Ədalət Muradovla görüşdə nümayəndə heyətinə UNEC barədə ətraflı məlumat verilib. UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor, bu ixtisaslar üzrə ikili diplom proqramının reallaşdırılmasında maraqlı olduğunu, UNEC-in ölkədə qida sənayesi və yüngül sənaye sahəsində dizayn ixtisası üzrə ali təhsil verən yeganə universitet olduğunu və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Ədalət Muradov İnnovativ Biznes İnkubatorun fəaliyyətindən də söz açıb, burada startapların həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib.
Sonra Dan Frayfild Sapir Akademik Kolleci haqqında ətraflı məlumat verib. Dizayn, informasiya texnologiyaları ixtisaslarının tədris metodları və startapların reallaşdırılması ilə bağlı Sapir Akademik Kollecinin təcrübəsini bölüşüb.
Görüşdə hər iki ali təhsil müəssisəsi arasında texniki və texnoloji ixtisaslar üzrə ikili diplom proqramları, startapların hazırlanması, mentorluq fəaliyyəti təcrübəsinin öyrənilməsi, seminarların, təlimlərin və birgə distant sertifikat proqramlarının reallaşdırılması istiqamətində müzakirələr aparılıb.
Sonra nümayəndə heyəti İnnovativ Biznes İnkubator, UNEC Ekstern və yeni Oxu zalı ilə tanış olublar. UNEC Eksternin fəaliyyəti barədə məlumat verən Ədalət Muradov hazırda burada distant sertifikat proqramlarının və təlimlərin aparıldığını diqqətə çatdırıb. UNEC Eksternin imkanlarını yüksək qiymətləndirən nümayəndə heyəti birgə distant sertifikat proqramlarının reallaşdırılmasının mümkünlüyünü bildiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in Texnologiya və dizayn fakültəsinin professor-müəllim heyəti və tələbələrilə ilə görüşüb. Dani Frayfild fakültənin müəllimləri və dizayn ixtisası üzrə təhsil alan tələbələr qarşısında təqdimatla çıxış edib. İsrailli qonaq gündəlik məhsulların dizaynı, onun insanın həyat tərzinə və emosiyalarına təsiri barədə maraqlı açıqlamalar edib, faktlar sadalayıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər