Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov İsrailin Sapir Akademik Kollecinin İnnovasiyalar Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.
UNEC-dən Oxumeni.az-abildirilib ki, görüşdə rektor Ədalət Muradov rəhbərlik etdiyi universitet barədə məlumat verib. UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor bu istiqamətlər üzrə ikili diplom proqramının reallaşdırılmasında maraqlı olduğunu bildirib. Ədalət Muradov UNEC-in ölkədə qida sənayesi və yüngül sənaye sahəsində dizayn ixtisası üzrə ali təhsil verən yeganə universitet olduğunu və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Rektor İnnovativ Biznes İnkubatorun fəaliyyətindən də söz açıb, burada startapların həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib.
Dan Frayfild rəhbərlik etdiyi Sapir Akademik Kolleci haqqında məlumat verib. Dizayn, informasiya texnologiyaları ixtisaslarının tədris metodları və startapların reallaşdırılması ilə bağlı Sapir Akademik Kollecinin təcrübəsini bölüşüb.
Görüşdə iki ali təhsil müəssisəsi arasında texniki və texnoloji ixtisaslar üzrə ikili diplom proqramları, startapların hazırlanması, mentorluq fəaliyyəti təcrübəsinin öyrənilməsi, seminarların, təlimlərin və birgə distant sertifikat proqramlarının reallaşdırılması istiqamətində müzakirələr aparılıb.
Sonra nümayəndə heyəti İnnovativ Biznes İnkubator, UNEC Ekstern və yeni Oxu zalı ilə tanış olublar.
UNEC Eksternin fəaliyyəti barədə məlumat verən Ədalət Muradov hazırda burada distant sertifikat proqramlarının və təlimlərin aparıldığını diqqətə çatdırıb. UNEC Eksternin imkanlarını yüksək qiymətləndirən nümayəndə heyəti birgə distant sertifikat proqramlarının reallaşdırılmasının mümkünlüyünü bildiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in Texnologiya və dizayn fakültəsinin professor-müəllim heyəti və tələbələrlə görüşüb.
Dan Frayfild fakültənin müəllimləri və dizayn ixtisası üzrə təhsil alan tələbələr qarşısında təqdimatla çıxış edib. İsrailli qonaq gündəlik məhsulların dizaynı, onun insanın həyat tərzinə və emosiyalarına təsiri barədə maraqlı açıqlamalar edib, faktlar sadalayıb.

UNEC-in Mətbuat Xidməti