Ukraynada müharibə zamanı ölən mülki vətəndaşların sayı açıqlandı

Ukraynada müharibə zamanı ölən mülki vətəndaşların sayı açıqlandı Təxminən bir il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində 8066 ukraynalı mülki vətəndaş həyatını itirib, 13287 nəfər isə yaralanıb.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlayıb.
“Bu gün açıqladığımız bu rəqəmlər Rusiyanın ötən il fevralın 24-də silahlı hücumlarının başlamasından bu yana insanların yaşadığı itki və iztirabları ortaya qoyur. 2022-ci ilin dekabrında Ukraynaya səfər edəndə ağrını yerində gördüm. Bizim məlumatlarımız aysberqin sadəcə görünən üzüdür”, - deyə o əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər