Polşadan Ukraynaya 4 milyona yaxın insan qayıdıb

Polşadan Ukraynaya 4 milyona yaxın insan qayıdıb Fevralın 24-dən bəri Ukraynadan Polşaya 5,8 milyondan çox insan gedib, əks istiqamətə təxminən 4 milyon nəfər qayıdıb.
Bu barədə Ukrinform agentliyi Polşa sərhəd xidmətinə istinadla məlumat yayıb.
“Bu ilin fevralından, yəni Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri polşalı sərhədçilər Ukraynadan 5 milyon 835 nəfərin gəlişini qeydə alıblar, sərhədin əks tərəfinə isə 3 milyon 996 min nəfər keçib”, - deyə məlumatda bildirilir.
Son günlər geri qayıdanların sayı gələnlərin sayını üstələyir. Belə ki, avqustun 26-da Polşaya 24,8 min ukraynalı gəldiyi halda, geri dönənlər 33,2 min nəfər təşkil edib.

Tehsil-press.az




Oxşar xəbərlər