Müharibə zamanı qanunsuz olaraq Rusiyaya aparılmış 125 uşağı Ukraynaya qaytarmaq mümkün olub.
Bu barədə Ukrayna Prezidentinin Uşaq hüquqları və uşaq reabilitasiyası üzrə müşaviri Daria Gerasimçuk Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Ukraine is You" layihəsinin açılışı zamanı bildirib. Onun sözlərinə görə, bu gün Rusiya Federasiyası tərəfindən təxminən 14 min uşağın qaçırılması məlumdur.
"Rusiya ordusu tərəfindən qaçırılan və deportasiya edilən təxminən 14 min uşağın məlumatlarını müəyyənləşdirə və yoxlaya bildik və təəssüf ki, onlardan yalnız 125-nin evə qayıtmağı bacardığımızı söyləyə bilərik",- dedi.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 456 uşaq öldürülüb. Daha 897 nəfər yaralanıb. ""Təqdimatımız davam edərkən Dneprdəki dağıntıların altından faşistlər tərəfindən öldürülən başqa bir uşağın çıxarıldığını öyrəndik" deyə o bildirib.
Tehsil-press.az