Süni intellektlə hazırlanmış COVID-19 dərmanının klinik sınaqlarına başlanıldı

Süni intellektlə hazırlanmış COVID-19 dərmanının klinik sınaqlarına başlanıldı Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.
Bu haqda Honq-Konqda yerləşən “Insilico Medicine” açıqlama yayıb.
ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı “əhəmiyyətli dərəcədə azaltdığı”aşkar edilib.
Kanadalı alim Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib.
Javoronkov İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər