Dövlət İdarəçilik Akademiyası Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım göstərib

Dövlət İdarəçilik Akademiyası Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım göstərib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım göstərib.
Dövlət İdarəçilik Akademiyası qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə 85 min manat maddi yardım göstərib.
Qeyd edək ki, DİA-nın əməkdaşları və tələbələri zəlzələ baş verən gündən yardım kampaniyasına qoşulub və bu kampaniyada fəal iştirak edirlər.
Dövlət İdarəçilik Akademiyasının kollektivi faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.

Tehsil-press.az


Oxşar xəbərlər