ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinin bəzi sahələrinə investisiya qoyuluşunu qadağan edə biləcək yeni proqram hazırlayır.
Vaşinqtonun bu addımı dünyanın ən iri iqtisadiyyatları arasında artan rəqabət şəraitində Birləşmiş Ştatların texnoloji üstünlüyünün qorunub saxlanmasına yönəlib. ABŞ rəsmiləri amerikalı sərmayədarlar tərəfindən Pekinin hərbi sahədə qəbul etdiyi qərarların sürətini və dəqiqliyini artıra biləcək Çin kompaniyalarının maliyyələşdirilməsinə və təcrübə mübadiləsi aparılmasına mane olmaq istəyir.
Ağ ev administrasiyasının nümayəndələri, eyni zamanda, Çinə investisiyaların məhdudlaşdırılması konsepsiyasına dəstək vermələri üçün G7 qrupundakı yaxın müttəfiqləri ilə danışıqlar aparır.
Tehsil-press.az