Azərbaycan və Xorvatiyanın elmi qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Xorvatiyanın elmi qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiçlə görüşüb.
Akademik İsa Həbibbəyli səfirə AMEA-nın tarixi və elmi-tədqiqat istiqamətləri barədə məlumat verib. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran AMEA rəhbəri elmi əlaqələrin də genişləndirilməsinin vacibliyinə toxunub. Azərbaycanla Xorvatiya Elmlər akademiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli elm sahəsində münasibətlərin hər iki ölkənin elmi qurumlarına faydalı olacağına əminliyini ifadə edib.
Səfir Branko Zebiç iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, elm sahəsində də əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. Ölkələrimizin elmi qurumları arasında əlaqələrin genişləndirilməsinin təmsil etdiyi ölkənin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdırıb.
Tərəflər cari ildə Azərbaycan və Xorvatiya Elmlər akademiyaları arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması barədə razılığa gəliblər. 

Tehsil-press.az

Oxşar xəbərlər