Amerikanın ən böyük həbsxanasına daha iki min məhbus köçürüldü

Amerikanın ən böyük həbsxanasına daha iki min məhbus köçürüldü Daha iki min məhbus Salvadorda küçə dəstələrinin üzvləri üçün xüsusi tikilmiş həbsxanaya köçürüldü.
Bu barədə Salvador Prezidenti Nayib Bukele özünün tviter hesabında yazıb.
Fevral ayında həmin həbsxanaya iki min məhbusdan ibarət ilk dəstə göndərilib.
Qırx min məhbus üçün nəzərdə tutulan islah müəssisəsi Salvador hakimiyyət orqanları tərəfindən Amerika ölkələrində ən böyük həbsxana hesab edilir.
Fevralın əvvəlində istifadəyə verilmiş həbsxana ölkənin mərkəzi hissəsində, əhalinin sıx məskunlaşdığı rayonlardan uzaqda yerləşir. Hündürlüyü 11 metrdən çox olan divarlarla əhatə olunmuş təxminən 23 hektar ərazidə təhlükəli cinayətkarların saxlanması üçün bir neçə böyük bina var. Cəzaçəkmə müəssisəsində təhlükəsizliyi 250 polis əməkdaşı və 600 hərbçi təmin edir.
2022-ci ilin martında Salvadorda cinayətkarlıqla mübarizəni gücləndirmək üçün Bukelenin təşəbbüsü ilə fövqəladə vəziyyət tətbiq edilib. Elə həmin vaxt parlament dəstə üzvü olmağa görə cəza müddətini bir neçə dəfə artırıb ki, bu da onların sıravi üzvlərini 20 ildən 30 ilədək, başçılarını isə 45 ilədək azadlıqdan məhrum etməyə imkan verib.

Tehsil-press.az


Oxşar xəbərlər