Haitinin qərbindəki Kabare qadın həbsxanasından təxminən 145 məhbus qaçıb.
Ümumilikdə, islah müəssisəsində 230 məhbus olub ki, kütləvi qaçışdan sonra kameralarda cəmi 85 nəfər qalıb.
Qaçan üç məhbus bir neçə saat sonra Haiti Milli Polisi tərəfindən yenidən həbs edilib və həbsxanaya qaytarılıb.
Qaçış ərazidəki polis nəzarət-buraxılış məntəqəsinə silahlı basqınla eyni vaxtda baş verib və nəticədə polis məmurunun ölümü ilə nəticələnib.
Ən yaxın polis idarəsinin əməkdaşları yolda olarkən, dəstə üzvləri polis idarəsinə hücum edərək, onu yandırıblar.
Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Haitinin penitensiar sistemi uzun müddətdir ki, humanitar fəlakətlə üzləşdiyi üçün oxşar hadisələr təkrarlana bilər. Təkcə bu ilin yanvar-aprel ayları ərzində ölkənin cəzaçəkmə müəssisələrində qida çatışmazlığından 54 ölüm faktı qeydə alınıb.
Tehsil-press.az