Dünyanın iki nəfərlik ən kiçik həbsxanası

Dünyanın iki nəfərlik ən kiçik həbsxanası Dünyanın ən kiçik həbsxanası iki nəfər üçün nəzərdə tutulub və 1856-cı ildən bu günə kimi fəaliyyət göstərir. Həbsxana Britaniyanın kiçik Sark adasında yerləşir.
Həbsxana Normand adalarına aid olan və Böyük Britaniya ilə Fransa arasında yerləşən Sark adasında yerləşir. Maraqlıdır ki, Sark Böyük Britaniya monarxının idarə etdiyi Gernsi əyalətinin sahibliyinə aiddir. Buna baxmayaraq, Gernsi Böyük Britaniyanın bir hissəsi deyil, baxmayaraq ki, bu ölkənin təsiri orada üstünlük təşkil edir. Normandlar iki dildə - ingilis və fransız dillərində danışırlar.
Manş boğazında Sarkın cəmi 5,5 kilometr ərazisi var. Adanın uzunluğuna baxmayaraq, burada 600-ə yaxın insan yaşayır. Adanın öz bayrağı və gerbi var. Sark həbsxanası əsasən turistləri cəlb edir, lakin onun maraqlı tarixi var.
Həbsxana 1856-cı ildə tikilib və buna ciddi ehtiyac var idi. İlk məhbus işlədiyi ailədə bir qadından dəsmal oğurlayan qulluqçu olub. O, üç gün həbsdə qaldığı zaman , qaranlıq kamerada tək qorxduğunu və ona qapını açıq qoymağa icazə verilməyini istəyib . Üç gün ərzində onun qohumları və dostları yanına gəlir, onlar onu əyləndirir və şənləndirirdilər.
Digər məşhur məhbus fizik Andre Qardes idi. 1990-cı ildə o, adaya gəlir və indi onun "lordu" olacağını bəyan edir . Həmin gün polis onu yaxalayaraq bir həftə həbsxanada saxlayırlar. O vaxtdan bəri heç kim rəsmi olaraq həbsxanaya salınmayıb.
Əsasən alkoqoldan çox istifadə edənlər və turistlər üçün izolyator və ayıqlama məntəqəsi kimi istifadə olunur. Qalan vaxtlarda isə həbsxana turistik məkan olaraq qalır. O, adadakı bir çox binalar kimi , burada orijinal görünüşünü qoruyub saxlamışdır.
Sarkda asayişi , işlərinə görə pul almayan iki polis əməkdaşı qoruyur , zorakılıq edən şəxsləri həbsxanaya salib-salmamağı onlar qərar verirlər.

Tehsil-press.az


Oxşar xəbərlər