Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi BDU-da mühazirə deyib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi BDU-da mühazirə deyib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbə heyəti üçün mühazirə deyib. O, mühazirəsində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və strukturundan danışıb.
M.Abbasbəyli ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, dövlət satınalmaları, keyfiyyət təminatı sahələrində aparılan islahatları diqqətə çatdırıb. Qeyd edilib ki, ölkəmizdə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli tədbirlər görülüb, geniş maarifləndirmə işləri aparılıb.
Azərbaycanda yeni Rəqabət Məcəlləsinin hazırlandığını xatırladan xidmət rəisi bu məcəllənin qəbul edilməsinin rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcəyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər