Azərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilib Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin müəllim - tələbə heyəti üçün İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “İstehlakçı hüquqlarının qorunması prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib. Seminarı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev və Tədris, Maarifləndirmə və Beynəlxalq Əlaqələr sektorunun müdiri Yusif Hüseynov aparıb. Tədbirdə universitetin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq istehlakçı fəallığının artırılmasında maarifləndirmə tədbirlərinin böyük rol oynadığını qeyd edib və Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən seminar və konfransların bu baxımdan əhəmiyyət kəsb etdiyini qeyd edib. Araz Əliyev istehlakçı hüquqları haqqında qanunların tarixi, dünyada bu qanunların qəbul olunması və Azərbaycanda tətbiqi barədə məlumat verib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin gördüyü işlər haqqında danışıb. Yusif Hüseynov isə “Hər bir istehlakçı öz hüququnu bilməlidir” mövzusunda təqdimatla çıxış edib.
Seminarda iştirakçılara istehlakçı hüquqlarının qorunması, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat verilib, istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi haqqında məlumat verilib, maarifləndirici materiallar – buklet və yaddaş kitabçaları paylanıb. Qeyd olunub ki, hüquqlarının pozulması halları ilə rastlaşan istehlakçılar nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər. İstehlakçı hüquqlarını pozanlar İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə cəzalandırılır.
Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilibAzərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilibAzərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilibAzərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilibAzərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilibAzərbaycan Universitetində “İstehlakçı hüquqlarının qorunması”  mövzusunda seminar keçirilib

Oxşar xəbərlər