Monteneqroda növbəti prezident seçkiləri keçirilir.
Biri qadın olmaqla, yeddi namizəd ölkənin 8-ci prezidenti olmaq uğrunda mübarizə aparır.
Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkə daxilində və xaricdə ümumilikdə 532 min 599 nəfər səsvermə hüququna malikdir.
Monteneqroda 6 dəfə Baş nazir, iki dəfə (1997-2003 və 2018-2023-cü illər) prezident olan 61 yaşlı Milo Cukanoviç və ölkədəki serblərin namizədi Demokratik Cəbhənin üzvü Andriya Mandiç sorğularda ölkə başçısı olmaq uğrunda ən güclü namizəd kimi göstərilir.
Ölkədəki bosniyalıları, albanları, xorvatları və qaraçıları təmsil edən azlıq partiyalarının hazırkı prezidenti Milo Cukanoviçə dəstək verəcəyi gözlənilir.
Namizədlərdən heç biri bugünkü səsvermədə 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs yığan iki namizəd arasında aprelin 2-də seçkinin ikinci turu keçiriləcək.
Tehsil-press.az