Son illərdə Azərbaycanda qeydə alınan boşanmaların səbəbləri arasında xəyanətin daha çox olduğu müşahidə olunur. Kişilər və ya qadınlar həyat yoldaşlarına xəyanəti bağışlamır və bu, boşanma ilə nəticələnir.
Xəyanət dedikdə münasibət daxilində cütlüklərin birinin üçüncü bir şəxslə fiziki, cinsi və emosional ünsiyyət qurması nəzərdə tutulur. Cəmiyyətdə xəyanətə münasibət birmənalı deyil. Xüsusilə, Azərbaycanda qadınların xəyanət etməsi bəzən faciələrlə nəticələnir.
Mövzu ilə bağlı danışan psixoloq Yasemin Işık qeyd edib ki, Türkiyə və Azərbaycan patriarxal bir toplum olduğu üçün kişilərin xəyanət etməsinə normal baxan bir kütlə var.
"Yəni kişi "bunu edə bilər" məntiqi hələ də mövcuddur. Əslində cəmiyyət özü kişinin xəyanət etməsini normallaşdırır. Cəmiyyət özü bu vəziyyəti yaradıb. Kişilərin xəyanət etməsinin səbəblərindən biri bəlli ehtiyaclarının həyat yoldaşı tərəfindən qarşılanmamasıdır. Ancaq bəzilərinin evdə hər ehtiyacı qarşılansa da, yenə də gözü başqa yerdə olan şəxslər var. Əslində bu, təkcə kişilərdə deyil, həm də qadınlarda belədir. Amma xəyanəti cinsindən fərqli olmayaraq, hər kəsə şamil edə bilmərik", - deyə o bildirib.
Y.Işık vurğulayıb ki, qadın xəyanət etdikdə cəmiyyət tərəfindən damğalanır: "Bu, Azərbaycanda da, Türkiyədə müəyyən bölgələrdə də belədir. Kişilər niyə xəyanət edir məsələsi isə əslində daha geniş bir mövzudur. Ailələrin təzyiqi ilə evləndirilib, müəyyən yaşdan sonra bəzi gizlədilmiş hisləri üzə çıxan və iqtisadi olaraq öz ayağı üzərində dura bilən xanımlardan bəziləri də, çox təəssüf ki, həyat yoldaşlarına xəyanət edir. Ümumiyyətlə qadınların bəzilərinin özlərini kişilərdən üstün tutmasının səbəbi həmin insanların istəyib yaşaya bilmədiyi hislərin sayının çoxalması ilə "mən də bunu yaşayım və bilim" düşüncəsidir. Xüsusilə, dost çevrəsində belə hallarla rastlaşdıqda daha da həvəslənirlər. Ancaq yenə də qeyd etmək istəyirəm ki, xəyanət etmək əslində şəxsdən aslıdır. Məsələn, hər hansı bir kişi atadır, ancaq həm də xəyanət edir və bunu gizlədir. Bəzi qadınların isə özlərini kişilərdən üstün görməsi cəmiyyətdə xüsusi bir anlayış yaratma cəhdidir. Bunun həyata keçirilməsinin səbəbi isə keçmişdən indiyə qədər qadınların əziyyət çəkməsi və arxa planda qalmasıdır. Hətta, tarixdə qadınların diri-diri basdırıldığı ilə bağlı məlumatlar da mövcuddur. Yəni onlara cəmiyyətdə yetəri qədər yer verilmədiyi üçün belə bir anlayış yaradılır və bu normaldır".
Tehsil-press.az