Bakıda şok xidmət: Xəyanət edən əri güdmək üçün…

Bakıda şok xidmət: Xəyanət edən əri güdmək üçün… Azərbaycanda xəyanət edən kişilərin izlənməsi üçün xəfiyyə xidməti təklif edilir.
Feysbukun qadın qruplarında belə xidmət göstərən bir neçə nəfər "xəyanətə məruz qalmış" qadınlara pul müqabilində "yardım" göstərir.
Müxtəlif adlarla qeydiyyatdan keçən şəxslər gördükləri işin tam qanuni olduğunu bildirib və bu haqda Ailə Məcəlləsində xüsusi maddə olduğunu bildiriblər.
Xəyanətə uğrayan qadınların etibarından sui-istifadə edən bu şəxslərə qadın qruplarında inananlar da az deyil. Hətta bir çox qadın pul qarşılığından bu şəxslərin xidmətindən istifadə etməyə də can atır.
Hüquqşünas Fərhad Mehdiyev bu işlə məşğul olanların dələduz olduğunu bildirib. Hüquqşünasın fikrinə, qanunla belə şey qadağandır:
"Bu cür sənəd-sübut toplayanın özü cinayət məsuliyyəti daşıyır".

Bakıda şok xidmət: Xəyanət edən əri güdmək üçün…

Təhsil-press.az

Oxşar xəbərlər