Ər, ya arvad xəyanətə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Ər, ya arvad xəyanətə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının təkidi ilə ölkədə ər-arvadın xəyanətinə görə cəzanı nəzərdə tutan qanunun ləğvinə heyfsləndiyini bildirib.
1996-cı ildə Türkiyənin konstitusiya məhkəməsi ölkədə xəyanət haqqında qanunu ləğv edib. Ali məhkəmə qərarı ölkədə qadınların kişilərdən daha çox cəzalanması ilə əsaslandırıb.
Ləğv olunmuş qanuna görə evlilik müddətində bir dəfə olsun belə xəyanət edən qadınlar cinayət məsuliyyətinə cəlb olunduğu halda, kişilər yalnız nikahdan kənar uzunmüddətli əlaqələrdə olduğu zaman cəzalanıb. Habelə Ərdoğanın sözlərinə görə, qanunun bərpası ilə bağlı məsələyə yenidən baxmaq və ər-arvadın xəyanətinə görə cinayət məsuliyyəti tətbiq etmək lazımdır.
2004-cü ildə qanunun bərpası parlamentin gündəmində olsa da, Ankara Avropa İttifaqının standartlarına cavab vermək üçün bu ideyadan danışıb. Bundan əvvəl Türkiyədə xəyanətə görə ər və ya arvad 3 ilədək müddətə həbs olunurdu.

Tehsil-press.az

Oxşar xəbərlər